BAKI, 4 avqust. TELEQRAF
İspaniyanın "Espanyol" klubu Türkiyə təmsilçilərindən "Fənərbağça"nın futbolçusu Oğuz Aydını transfer siyahısına daxil edib.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, La Liqa klubu 25 yaşlı cinah oyunçusunu hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir.
Türkiyə millisinin üzvü ötən dünya çempionatındakı uğurlu çıxışı ilə diqqət çəkib. O, geridə qalan mövsümdə "Fənərbağça"nın heyətində 29 rəsmi oyunda forma geyinib.
Lakin "Espanyol" Oğuz Aydının transferi uğrunda mübarizədə tək deyil. Niderlandın "Feyenoord", Almaniyanın "Hamburq" və Şotlandiyanın "Reyncers" klublarının da futbolçunun durumunu yaxından izlədiyi bildirilir.
Qeyd edək ki, "Espanyol" yeni mövsüm öncəsi cinah xəttini gücləndirmək istəyir və Oğuz Aydını perspektivli variantlardan biri kimi dəyərləndirir.