BAKI, 4 avqust. TELEQRAF

La Liqa təmsilçilərindən "Barselona" alman qapıçısı Mark-Andre ter Ştegeni növbəti dəfə icarəyə verib.

Teleqraf xəbər verir ki, bu barədə "Ayaks" klubunun mətbuat xidməti məlumat yayıb.

Amsterdam təmsilçisi 34 yaşlı qolkiperi bir mövsümlük icarəyə götürdüyünü rəsmən açıqlayıb.

2028-ci ilin yayına qədər "Barselona" ilə müqaviləsi olan alman qapıçı ötən mövsümün ikinci hissəsini icarə əsasında "Jirona"da keçirsə də, zədə səbəbindən müntəzəm forma geyinə bilməyib.