BAKI, 4 avqust. TELEQRAF

İngiltərənin "Çelsi" klubu Portuqaliya çempionu "Porto"nun qapıçısı Dioqo Kostanı heyətinə qatmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Məlumata görə, London təmsilçisi portuqaliyalı qolkiperin müqaviləsində yer alan 60 milyon avroluq sərbəst qalma bəndini ödəməyə hazırdır.

"Transfermarkt"ın qiymətləndirməsinə əsasən, Dioqo Kostanın hazırkı bazar dəyəri 40 milyon avrodur. O, dünyanın ən bahalı üçüncü qapıçısı hesab olunur.

Qeyd edək ki, 26 yaşlı qolkiper "Porto"nun heyətində 247, Portuqaliya millisində isə 48 oyuna çıxıb.