BAKI, 4 avqust. TELEQRAF

İngiltərənin “Fulhem” klubu İspaniya təmsilçisi “Real Madrid”in futbolçusu Qonsalo Qarsianın transferini rəsmən açıqlayıb.

Teleqraf xəbər verir ki, 22 yaşlı hücumçu ilə 2031-ci ilin iyun ayınadək müqavilə imzalanıb. Müqavilənin daha bir mövsüm uzadılması imkanı da nəzərdə tutulub.

KİV-in məlumatına görə, London təmsilçisi ispan forvardın transferi üçün 40 milyon avro ödəyib.

Qeyd edək ki, Qonsalo Qarsiya ötən mövsüm “Real Madrid”in heyətində bütün turnirlərdə 39 oyunda iştirak edib, 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.