BAKI, 4 avqust. TELEQRAF
Kabo-Verde yığmasının qapıçısı Vozinya Çilinin "Kolo-Kolo" klubu ilə müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı qolkiperlə 6 aylıq sözləşmə bağlanıb. Müqavilənin daha 1 il uzadılması nəzərdə tutulub.
Vozinya Şimali Amerikada keçirilən DÇ-2026-da göstərdiyi oyunla ölkəsinin pley-offa yüksəlməsində böyük pay sahibi olub. Qrup mərhələsində İspaniya və Uruqvay ilə heç-heçə edən Kabo-Verde yığması 1/16 finalda Argentinaya məğlub olub.
Qeyd edək ki, qapıçının son klubu Portuqaliyanın "Çaves" komandası olub. O, karyerası ərzində Anqola, Kipr, Moldova və Slovakiya çempionatlarında da çıxış edib.