BAKI, 3 avqust. TELEQRAF

Türkiyə təmsilçilərindən "Fənərbağça"nın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.

Teleqraf xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.

İstanbul təmsilçisi III təsnifat mərhələsində Avstriyanın "Şturm Qrats" klubunu keçəcəyi təqdirdə pley-off mərhələsində "Lion" (Fransa) - "Sparta Praqa" (Çexiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.