BAKI, 3 avqust. TELEQRAF
ABŞ-nin “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi hələlik Argentina millisindəki karyerasını başa vurmağı planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə X sosial şəbəkəsində 100 mindən çox izləyicisi olan jurnalist Fran Kasaretto məlumat yayıb.
Mənbənin futbolçunun ətrafından əldə etdiyi məlumata görə, 39 yaşlı ulduz Argentina millisində çıxışını davam etdirmək niyyətindədir. Bildirilib ki, Messi Argentina millisindəki çıxışını 2028-ci il Amerika Kubokundan sonra başa vurmaq fikrindədir.
Qeyd edək ki, Argentina millisi 2026-cı il dünya çempionatında finala yüksəlsə də, həlledici görüşdə İspaniyaya məğlub olub.