BAKI, 3 avqust. TELEQRAF
İspaniyanın “Atletiko Madrid” klubu İngiltərə təmsilçisi “Mançester Siti”sinin futbolçusu Cek Qrilişi transfer etmək niyyətindədir.
Teleqraf “The Sun” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi hücum xəttini gücləndirmək üçün 30 yaşlı oyunçunun durumunu yaxından izləyir.
Bildirilir ki, ötən mövsümü icarə əsasında İngiltərənin “Everton” klubunda keçirən Qriliş “Mançester Siti”yə qayıtsa da, baş məşqçinin planlarında yer almır.
Mənbənin iddiasına görə, “Everton” futbolçunu yenidən icarəyə götürmək istəyir. Həmçinin, Səudiyyə Ərəbistanı klubları da Qrilişlə maraqlanır.
Qeyd olunur ki, Qrilişin gələcəyi ilə bağlı son qərarı “Mançester Siti” verəcək. Onun Premyer Liqa klunu ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.