BAKI, 3 avqust. TELEQRAF
İtaliya təmsilçilərindən "Milan" Türkiyə klubu "Fənərbağça"nın Rafael Leao ilə bağlı ilk transfer təklifini qəbul etməyib.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisi portuqaliyalı futbolçu üçün satınalma hüququ ilə icarə təklif etsə də, İtaliya klubu bu variantı məqbul hesab etməyib.
Bildirilir ki, tərəflər arasında danışıqlar davam edir. Lakin hazırkı mərhələdə Leaonun icarə əsasında "Fənərbağça"ya keçidi real görünmür. İstanbul klubunun yaxın günlərdə yeni təkliflə çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, "Transfermarkt" Rafael Leaonun bazar dəyərini 50 milyon avro qiymətləndirir. Məlumata əsasən, "Fənərbağça" 27 yaşlı futbolçuya bonuslar da daxil olmaqla illik təxminən 12 milyon avro maaş verməyə hazırdır. Portuqaliyalı hücumçu 2019-cu ildən "Milan"ın formasını geyinir.