BAKI, 3 avqust. TELEQRAF

Türkiyə klublarından "Fənərbağça"nın sabiq qapıçısı Altay Bayındır karyerasını İspaniyada davam etdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Məlumata görə, hazırda Premyer Liqa təmsilçisi "Mançester Yunayted"ə məxsus olan 28 yaşlı qolkiper 2026/27 mövsümünü icarə əsasında La Liqa klubu "Selta Viqo"da keçirəcək.

Bildirilib ki, Altay Bayındır tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün İspaniyaya yollanacaq.

Xəbərdə qeyd olunub ki, "Mançester Yunayted" futbolçunun 2027-ci ilin yayında başa çatacaq müqaviləsindəki opsiyadan istifadə edərək sözləşməni daha bir il uzatmağı planlaşdırır. İngiltərə klubu bununla gələn yay qapıçının transferindən gəlir əldə etməyi hədəfləyir.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2025/26 mövsümündə "Mançester Yunayted"in heyətində 6 oyuna çıxıb və qapısından 11 top buraxıb.