BAKI, 2 avqust. TELEQRAF

“Qarabağ”ın isveçli futbolçusu Zakaria Savo 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, buna səbəb hücumçunun UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) ilə Bolqarıstanda keçirilən cavab oyununda aldığı zədədir.

Müayinədən sonra Savonun sağ bud əzələsinin qismən yırtıldığı müəyyənləşib. Onun 8 həftədən sonra meydançalara qayıtması gözlənilir.

Qeyd edək ki, “Qarabağ” ÇSKA-ya penaltilər seriyasında 4:5 hesabı ilə məğlub olaraq UEFA Avropa Liqasında mübarizəni dayandırıb.