BAKI, 31 iyul. TELEQRAF
Azərbaycan UEFA-nın ölkələr üzrə reytinqində mövqeyini qoruyub.
Teleqraf xəbər verir ki, ölkə 21.187 əmsalla siyahının 26-cı pilləsində qərarlaşıb.
Azərbaycanın önündə yer alan İsrail 22.125 əmsalla 25-ci sıradadır. Reytinq cədvəlinə isə 101.852 əmsala malik İngiltərə başçılıq edir.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA klubuna əsas və əlavə vaxtı qolsuz başa çatan cavab görüşünün penaltilər seriyasında 4:5 hesabı ilə uduzub.
UEFA Konfrans Liqasında isə “Neftçi” Belarusun “Dinamo” klubuna iki oyunun nəticəsinə görə 3:4, “Zirə” Estoniya təmsilçisi “Payde”yə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.