BAKI, 31 iyul. TELEQRAF

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Teleqraf xəbər verir ki, Polşa təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda səfərdə Malta klubu “Valletta”nın qonağı olub.

Görüş “Rakuv”un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda iki oyunun nəticəsinə əsasən (7:1) növbəti mərhələyə vəsiqə qazanıb.

Mahir Emreli matça ehtiyat oyunçular skamyasında başlayıb. Azərbaycanlı hücumçu 68-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, “Rakuv” ilk oyunda da “Valletta”nı 3:1 hesabı ilə məğlub etmişdi.