BAKI, 31 iyul. TELEQRAF

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.

Teleqraf xəbər verir ki, bu, “köhlən atlar”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına penaltilər seriyasında 4:5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdıqdan sonra dəqiqləşib.

Ukrayna təmsilçisi isə UEFA Avropa Liqasının II təsnifat mərhələsində Yunanıstanın PAOK klubuna iki oyunun nəticəsinə əsasən 2:5 hesabı ilə uduzaraq turnirlə vidalaşıb və Konfrans Liqasına yuvarlanıb.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə avqustun 13-də keçiriləcək.