BAKI, 30 iyul. TELEQRAF

"Biz komanda olaraq qalib gəldik. Bir yumruq olub döyüşdük, sona qədər mübarizə apardıq və qələbə qazandıq".

Teleqraf xəbər verir ki, bunu “Payde”nin baş məşqçisi Tarmo Kink “Zirə”yə qarşı keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmanı belə dəyərləndirib:

"Bizim qapıçımız və müdafiəçilərimiz çox yaxşıdır. Bəzən çox hücum edən tərəf sən olsan da, bu, həmişə qələbə ilə nəticələnmir. Əlbəttə, çətindir. III təsnifat mərhələsinə yüksəlmək özü tarixdir. Dayanmamalı, maksimum irəli getməliyik".