BAKI, 30 iyul. TELEQRAF

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Sabah"-"Orhus" (Danimarka) matçının hakimləri müəyyənləşib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı portuqaliyalı baş hakim Juan Pineyru idarə edəcək.

Ona həmyerliləri Lusiano Maria və Hüqo Markes kömək edəcək. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək.

Görüşün VAR hakimi Tyaqu Martins, AVAR hakimi isə Andre Narkiso olacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş avqustun 5-də Danimarkada, cavab matçı isə 11-də Bakıda baş tutacaq.