BAKI, 30 iyul. TELEQRAF
İtaliya təmsilçilərindən "İnter" heyətini İngiltərə millisinin müdafiəçisi Con Stounzla gücləndirməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, "Mançester Siti"dən ayrıldıqdan sonra azad agent statusu alan 32 yaşlı futbolçu transferi rəsmiləşdirmək üçün Milana gəlib.
Tərəflər arasında imzalanacaq müqavilənin 2028-ci ilin iyun ayının sonunadək qüvvədə olacağı bildirilir.
Daha əvvəl yayılan xəbərlərə əsasən, Stounzun "İnter"də illik maaşı 4,5 milyon avro olacaq.