BAKI, 30 iyul. TELEQRAF
Premyer Liqa təmsilçilərindən "Mançester Siti"nin sabiq qapıçısı Stefan Orteqa karyerasını Yunanıstanda davam etdirəcək.
Teleqraf xəbər verir ki, 33 yaşlı alman qolkiper "Olimpiakos"la müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Orteqanın son klubu İngiltərənin "Nottingem Forest" komandası olub. O, bu ilin fevralından etibarən Premyer Liqa təmsilçisinin formasını geyinib və 2025/26 mövsümünün başa çatmasından sonra azad agent statusu alıb.
Təcrübəli qapıçı ötən mövsüm "Nottingem Forest"in heyətində İngiltərə Premyer Liqasında cəmi 3 oyunda iştirak edib. O, bu görüşlərdə 4 qol buraxıb, bir matçda isə qapısını toxunulmaz saxlayıb.