BAKI, 30 iyul. TELEQRAF
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf xəbər verir ki, Gəncə təmsilçisi Rafael Məhərrəmlinin transferini rəsmiləşdirib.
26 yaşlı müdafiəçi ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.
Son olaraq "Şamaxı"nın formasını geyinən Məhərrəmli ötən mövsüm Premyer Liqada 16 oyunda meydana çıxıb.