BAKI, 30 iyul. TELEQRAF

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Zirə" Estoniyanın "Payde" komandası ilə üz-üzə gələcək.

Teleqraf xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Görüşü Xorvatiyadan olan Patrik Kolariç idarə edəcək.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Estoniyada keçirilən ilk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gəlib. "Zirə" doğma meydanda üstünlüyünü qoruyacağı təqdirdə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksələcək.