BAKI, 30 iyul. TELEQRAF

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Azərbaycanın "Qarabağ" klubu Bolqarıstanda ÇSKA (Sofiya) komandasının qonağı olacaq.

Teleqraf xəbər verir ki, Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək qarşılaşma Ağdam təmsilçisi üçün mərhələ taleyini həll edəcək.

Matçı Belçikadan olan Bram Van Drissche idarə edəcək.

Komandalar arasında Bakıda keçirilən ilk görüşdə qalib müəyyənləşməyib. Tərəflər meydandan qolsuz bərabərliklə (0:0) ayrılıblar.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv səfərdə sərfəli nəticə qazanacağı təqdirdə UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksələcək.