BAKI, 30 iyul. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsini uğurla başa vurub.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi cavab oyununda Polşada “Qurnik Zabrze” ilə 1:1 hesablı heç-heçə edib.

“Fənərbağça”nın qolunu 12-ci dəqiqədə penaltidən Anderson Taliska vurub. Meydan sahiblərinin heyətində Mixal Saçek ilk hissəyə əlavə olunmuş 10-cu dəqiqədə fərqlənib.

İlk görüşdə 1:0 hesabı ilə qalib gələn “Fənərbağça” iki matçın nəticəsinə əsasən 2:1 üstün olub və növbəti mərhələyə yüksəlib.

Türkiyə klubu III təsnifat mərhələsində Avstriya təmsilçisi “Şturm Qraz”la qarşılaşacaq.