BAKI, 29 iyul. TELEQRAF

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Sabah"ın rəqibi bəlli olub.

Teleqraf xəbər verir ki, Masazır təmsilçisinin növbəti sınağı Danimarka klubu "Orhus" olacaq.

"Orhus" II təsnifat mərhələsində Polşa klubu "Lex"lə qarşılaşıb.

İlk oyunda 4:1 məğlub olan "Orhus" "Lex"lə cavab oyunun əsas vaxtında 3:0 hesablı qələbə qazanıb. Bundan sonra ümumi hesab 4:4 olub. Əlavə vaxtda da bərabərlik pozulmayıb - 5:5.

Penaltilər seriyasında daha dəqiq olan "Orhus" növbəti mərhələyə vəsiqəni təmin edib - 4:3.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 4-5-i və 11-də keçiriləcək. "Sabah" ilk matçını Danimarkada keçirəcək.