BAKI, 29 iyul. TELEQRAF

FIFA Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredeslə bağlı intizam araşdırmasına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

İyulun 19-da ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatının İspaniya - Argentina final fitindən sonra futbolçular arasında qarşıdurma yaranıb.

Hesabatda Paredesin İspaniya millisinin müdafiəçisi Erik Qarsiyanı boynundan tutduğu, daha sonra Qavini yerə yıxaraq onun formasını cırdığı bildirilib. FIFA argentinalı yarımmüdafiəçinin üç ayrı hücum əməlində iştirak etdiyini qeydə alıb.

Argentina millisinin müdafiəçisi Nahuel Molinanın İspaniyanın kapitanı Rodrini vurduğu, məşqçilər korpusunun üzvü Roberto Ayalanın isə Dani Olmoya hücum etməyə çalışdığı iddia olunur. Hər iki şəxs barəsində intizam işi açılıb.

Bundan başqa, Tiaqo Almada və İspaniya millisinin yarımmüdafiəçisi Qavi idmançıya yaraşmayan davranışda şübhəli bilinirlər.