BAKI, 29 iyul. TELEQRAF
“Sabah” futbolçusu Aaron Maluda ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu İsveçrənin “Bazel” klubuna transfer olunub.
Maluda ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.
Qeyd edək ki, Aaron Maluda Fransa millisinin sabiq futbolçusu Florian Maludanın oğludur.