BAKI, 29 iyul. TELEQRAF

Almaniyanın “Bavariya” klubu ulduz futbolçusu Harri Keynlə yeni müqavilə imzalamağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bundesliqa təmsilçisi hücumçusu ilə müqaviləni uzatmağı planlaşdırır.

Alman nəhəngi avqust ayında ingilis oyunçunun nümayəndələri ilə danışıqlara başlamağı planlaşdırır. "Bavariya" ulduz oyunçunu saxlamaq üçün ona prioritet olaraq yeni müqavilə təklif etmək niyyətindədir.

Qeyd edək ki, ötən mövsüm 33 yaşlı hücumçu Almaniya çempionatında 36 qol vurub və 5 məhsuldar ötürmə edib.