BAKI, 29 iyul. TELEQRAF
İspaniya La Liqa təmsilçisi “Rayo Valyekano”nun ev stadionu olan “Valyekas” müvəqqəti bağlanıb.
Teleqraf xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid şəhər rəhbərliyi stadionda təcili təmir işlərinin aparılması ilə bağlı belə qərar qəbul edib. Yoxlama zamanı yanğından mühafizə sistemi, elektrik şəbəkəsi və qəza işıqlandırmasında ciddi nöqsanlar aşkarlanıb.
İlkin qiymətləndirmələrə əsasən, təmir işləri 2-6 ay davam edə bilər.
İspaniya La Liqasında yeni mövsüm 15 avqustda başlayacaq. “Rayo Valyekano”nun ev oyunlarını hansı arenada keçirəcəyi hələ açıqlanmayıb.
Qeyd edək ki, “Rayo Valyekano” ötən mövsüm La Liqanı 8-ci pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb.