BAKI, 27 iyul. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubu heyətini Portuqaliya təmsilçisi “Benfika”nın futbolçusu Amar Dediçlə gücləndirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın “SportSport” nəşri məlumat yayıb.
İstanbul təmsilçisinin Nelson Semedonun mümkün gedişindən sonra 23 yaşlı müdafiəçinin transferi üçün rəsmi danışıqlara başlayacağı bildirilir.
Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunun Semedo üçün 6 milyon avro təklif etdiyi, “Fənərbağça”nın isə bu təklifi qəbul etməyə yaxın olduğu vurğulanıb.
Qeyd edək ki, Amar Dediç ötən mövsüm “Benfika”nın heyətində 43 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.