BAKI, 27 iyul. TELEQRAF

"Zaqatala" klubu baş məşqçi Rüstəm Məmmədovla yollarını ayırıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssislə müqavilənin müddəti başa çatmış və qarşılıqlı razılıq əsasında uzadılmamışdır.

Qeyd edək kİ, R. Məmmədov 9 il "Zaqatala"nın "sükanı arxası"nda əyləşib. Onun rəhbərliyi altında komanda Azərbaycan I Liqasının gümüş mükafatçısı, Azərbaycan I Liqasının bürünc mükafatçısı, Heydər Əliyev Kubokunun bürünc mükafatçısı olub.