BAKI, 25 iyul. TELEQRAF

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) – "Qarabağ" cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq.

Teleqraf Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir biletin qiyməti 28 manat təşkil edir.

Sofiyadakı "Vasil Levski" arenasında "Qarabağ" azarkeşləri üçün 800 yer ayrılıb. Biiletləri iTicket.az vasitəsilə onlayn şəkildə almaq mümkün olacaq.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə başa çatıb. Cavab matçı iyulun 30-da Sofiyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.