BAKI, 25 iyul. TELEQRAF
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir transferi rəsmiləşdirib.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb.
Təcrübəli futbolçu ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Urfan Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm ərzində ümumilikdə 26 oyunda meydana çıxıb.