BAKI, 25 iyul. TELEQRAF
Kabo-Verde millisinin qapıçısı Vozinya Çilinin “Kolo-Kolo” klubunun müqavilə təklifini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tərəflər sənədləri hələ imzalamayıblar. 40 yaşlı qolkiper tezliklə tibbi müayinədən keçəcək.
Transferin həftəsonu rəsmiləşdirilməsi gözlənilir.
Qeyd edək ki, Vozinyanın Portuqaliyanın “Şaviş” klubu ilə müqaviləsinin müddəti bu yay başa çatıb. Lakin DÇ-2026-dakı uğurlu çıxışı onun sosial şəbəkələrdə izləyici sayına görə dünyanın ən populyar qapıçısına çevrilməsinə səbəb olub.