BAKI, 24 iyul. TELEQRAF

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ceyhun Nuriyev mövsümün sonuna qədər "qırmızı-ağlar"ın formasını geyinəcək.

Qeyd edək ki, Nuriyev müxtəlif illərdə "Keşlə", "Sabah" və "Zirə"nin, həmçinin Azərbaycanın U-17, U-19 və əsas millisinin heyətində çıxış edib.