BAKI, 24 iyul. TELEQRAF
Slovakiyada Ukrayna Futbol Federasiyasının keçmiş rəhbəri həbs edilib.
Teleqraf "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Ruslan Kravçenko Telegram kanalında məlumat yayıb .
Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan keçmiş federasiya rəhbəri Andrey Pavelko Bratislavada saxlanılıb.
"O, illərdir Ukrayna ədalətindən gizlənib. Lakin beynəlxalq axtarış və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq nəticə verib", - deyə baş prokuror bildirib.
İttihama əsasən, Pavelko kommersiya strukturları vasitəsilə federasiyanın vəsaitlərinin təxminən 295 milyon qrivnasını mənimsəmək üçün sxem təşkil edib. Bu məqsədlə uydurma təchizat müqavilələri bağlanıb. Sənəd üzərində dəniz məhsulları, elektrik avadanlıqları, elit çay və qəhvə növləri alınıb. Nəticədə Ukrayna Futbol Federasiyası və onun regional şöbələri milyonlarla dollarlıq itkilərlə üzləşib.
Hazırda Pavelkonun Ukraynaya ekstradisiya ilə bağlı işlər aparılır.
Qeyd edək ki, Ukrayna Futbol Assosiasiyasının keçmiş rəhbəri 2025-ci ilin sonunda rəsmi olaraq axtarışa verilib.
Pavelkonun rəhbərliyi dövründə federasiyanın 1,3 milyard qrivnadan çox aktivlərinin xaricə axdığını aşkar edilib.