BAKI, 24 iyul. TELEQRAF
Mərakeş millisinin və Fransanın “Marsel” klubunun futbolçusu Bilal Nadir Almaniyanın “Hamburq” komandasına transfer olunub.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb.
Klub oyunçunu azad agent olaraq heyətə cəlb edib. Tibbi müayinədən uğurla keçən futbolçu Avstriyadakı təlim-məşq toplanışında komandaya qoşulub və 4 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Nadir Marsel təmsilçisinin heyətində keçirdiyi 53 rəsmi oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib. O, həmçinin UEFA Çempionlar Liqasında 4, UEFA Avropa Liqasında isə 2 oyunda meydana çıxıb.
2025-ci ilin martında Mərakeş millisinə dəvət alan yarımmüdafiəçi hələlik əsas yığmada debüt etməyib. O, daha əvvəl Mərakeşin U-23 və Fransanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edib.