BAKI, 22 iyul. TELEQRAF
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Neftçi” Belarusun “Dinamo” (Minsk) komandasına məğlub olub.
Teleqraf xəbər verir ki, “Palms Sports Arena”da keçirilən görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi”nin qollarını Emin Mahmudov (2) və Aleksandr Selyava (8, avtoqol) vurublar.
“Dinamo”nun heyətində isə Karen Vardanyan (36, 57), Yevgeni Malaşeviç (47) və Guljigit Alıkulov (77) fərqləniblər.
Qeyd edək ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi III təsnifat mərhələsində “Jelezniçar” (Serbiya) - “Braqa” (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.
***
21:37
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda altıncı qol vurulub.
Teleqraf xəbər verir ki, oyunun 77-ci dəqiqəsində Gulzigit Alykulov penaltidən fərqlənib.
Hazırda hesab rəqibin 4:2 xeyrinədir.
***
21:17
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda beşinci qol vurulub.
Teleqraf xəbər verir ki, "Dinamo"nun oyunçusu Karen Vardanyan dubl edib.
***
21:08
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk, Belarus) oyununda dördüncü qol vurulub.
Teleqraf xəbər verir ki, "Dinamo"nun oyunçusu Yevgeni Malaşeviç hesabı bərabərləşdirib: 2:2
***
20:49
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk, Belarus) matçında ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, "Neftçi" "Dinamo" ilə oyunda fasiləyə 2:1 hesabı ilə üstün yollanıb.
***
20:42
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk, Belarus) qarşılaşmasında üçüncü qol vurulub.
Teleqraf xəbər verir ki, matçın 36-cı dəqiqəsində Karen Vardanyan hesab arasındakı fərqi birə endirib.
***
20:10
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk, Belarus) matçında ikinci qol vurulub.
Teleqraf xəbər verir ki, "Dinamo"nun oyunçusu Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.
***
20:02
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” - “Dinamo” (Minsk, Belarus) oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, “ağ-qaralar” matçın 2-ci dəqiqəsində önə keçib.
Hesabı komandanın kapitanı Emin Mahmudov açıb.
***
20:00
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin baş tutan “Neftçi” - “Dinamo” (Minsk, Belarus) qarşılaşması start götürüb.
Teleqraf xəbər verir ki, görüş “Palms Sports Arena”da keçirilir.
Matçın baş hakimi Kiprdən olan FIFA referisi Konstantinos Fellasdır.