BAKI, 16 iyul. TELEQRAF
İngiltərə millisinin futbolçusu Cud Bellinqem DÇ-2026-da Fransa ilə keçiriləcək üçüncü yer uğrunda oyunu buraxa bilər.
Teleqraf “The Sun” nəşrinə istinadən xəbər verir ki, buna səbəb yarımfinalda Argentinaya 1:2 hesabı ilə uduzduqları matçdan sonra intizamsız davranışdır.
Belə ki, qarşılaşmadan sonra Bellinqem argentinalı futbolçu Valentin Barkonun başının arxasına yüngül zərbə endirib. Hadisə 21 yaşlı yarımmüdafiəçi komanda yoldaşlarını qucaqlamağa gedərkən baş verib.
Bellinqemin bu hərəkətinin səbəbi məlum deyil. Maraqlıdır ki, o, bundan cəmi bir neçə saniyə əvvəl Argentina millisinin digər futbolçuları ilə normal şəkildə görüşüb.
Matçın hakimləri insidenti qeydə almasa da, FIFA-nın görüntüləri araşdıraraq Bellinqemə qarşı intizam tədbiri görəcəyi bildirilir. Bu halda İngiltərə millisinin aparıcı futbolçusu Fransa ilə keçiriləcək üçüncü yer uğrunda görüşü buraxa bilər.
Qeyd edək ki, Fransa – İngiltərə arasında üçüncü yer uğrunda oyun iyulun 18-də ABŞ-ın Mayami şəhərində keçiriləcək.