BAKI, 10 iyul. TELEQRAF

Portuqaliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf xəbər verir ki, Portuqaliya Futbol Federasiyası Xorxe Jesusun yığmanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.

71 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. Jesus Portuqaliya millisini AVRO-2028 və 2030-cu il dünya çempionatına hazırlayacaq.

Təcrübəli çalışdırıcının son iş yeri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu olub. O, 2025/26 mövsümündə komandanı ölkə çempionu edib.

Qeyd edək ki, Portuqaliya DÇ-2026-da 1/8 finala qədər irəliləyib. Komanda bu mərhələdə İspaniyaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Bundan sonra Roberto Martines baş məşqçi postundan istefa verib.