BAKI, 10 iyul. TELEQRAF

"Şəfa" daha bir futbolçu transferini gerçəkləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Yarımmüdafiəçi Musa Queli heyətə cəlb olunub. 27 yaşlı fransalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, M.Queli son olaraq Şimali Makedoniyanın "Tikves" klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə "Samsunspor"un, Fransada isə "Dankerk", "Red Star", "Valansyen" və "Loryan" klublarının formasını geyinib.