BAKI, 10 iyul. TELEQRAF

“Real Madrid” İspaniya klubları arasında bir dünya çempionatında vurulan qol sayına görə yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, Madrid klubunun DÇ-2026-dakı futbolçuları ümumilikdə 17 qol vurublar. Sonuncu qol Fransa - Mərakeş matçında Kilian Mbappenin hesabına yazılıb.

Fransa millisinin Mərakeşi 2:0 hesabı ilə məğlub etdiyi görüşdə fərqlənən Mbappe bununla “Real Madrid”in mundialdakı qol sayını 17-yə çatdırıb.

Madrid təmsilçisi bu göstəricidə 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında futbolçuları 16 qol vuran “Barselona”nı geridə qoyub.

Qeyd edək ki, “Real Madrid” 30 ildən çox davam edən rekordu yeniləyərək İspaniya futbolu tarixində bu kateqoriyada birinci yerə yüksəlib.