BAKI, 11 iyul. TELEQRAF
İspaniya milli komandası futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində Belçikanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən qarşılaşmada İspaniya yığmasının qollarını Fabian Ruis 30-cu və Mikel Merino 88-ci dəqiqədə vurublar.
Belçika millisinin yeganə qoluna isə 41-ci dəqiqədə Şarl De Ketelar imza atıb.
Bu qələbə sayəsində İspaniya yığması turnirin yarımfinal mərhələsinə yüksəlib.
İspanlar yarımfinalda Fransa millisi ilə qarşılaşacaqlar. Görüş iyulun 14-də keçiriləcək.
***
00:50
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyunu keçirilir.
Teleqraf xəbər verir ki, matçın 88-ci dəqiqəsində İspaniya millisi hesabda 2-1 önə keçib.
***
00:07
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ikinci hissə başlayıb.
***
23:50
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ilk hissə başa çatıb.
***
23:41
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda hesab bərabərləşib.
Teleqraf xəbər verir ki, matçın 41-ci dəqiqəsində Şarl de Ketelare hesabı bərabərləşdirib - 1:1.
***
23:33
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ilk qol vurulub.
Teleqraf xəbər verir ki, matçın 30-cu dəqiqəsində Fabian Ruiz ispanları önə çıxarıb - 1:0.
***
23:00
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsi davam edir.
Teleqraf xəbər verir ki, bu gün mundialda daha bir yarımfinalçı müəyyənləşəcək.
İspaniya və Belçika millilərinin qarşılaşması start götürüb.
Bu cütün qalibi yarımfinalda Fransa millisi ilə qarşılaşacaq. Fransa 1/4 finalda Mərakeşi 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn ilk komanda olub.
Qeyd edək ki, DÇ-2026-nın digər 1/4 final oyunları iyulun 11-də keçiriləcək.