BAKI, 10 iyul. TELEQRAF

Belçika millisi DÇ-2026-nın 1/4 finalında İspaniyaya qarşı keçirəcəyi oyun ərəfəsində ciddi problemlə üzləşib.

Teleqraf xəbər verir ki, yığmanın müdafiəçisi Zeno Debast bu görüşdə meydana çıxa bilməyəcək. Buna səbəb futbolçunun klubu “Sportinq”in onun oynamasına icazə verməməsidir.

Portuqaliya təmsilçisi may ayında bud nahiyəsindən zədə alan Debastın tam hazır olmadığını bildirib.

Belçika Futbol Assosiasiyası isə klubun mövqeyinin millinin tibbi heyəti, həmçinin FIFA-nın tibbi və sığorta xidmətlərinin rəyindən fərqləndiyini açıqlayıb.

Qeyd edək ki, Debast zədə səbəbindən qrup mərhələsinin bütün oyunlarını buraxıb. O, Seneqala qarşı 1/16 final matçında da iştirak etməyib. Müdafiəçi ABŞ üzərində 4:1 hesablı qələbə ilə başa çatan 1/8 final görüşündə isə Belçikanın sifariş ərizəsinə qayıtmışdı.