BAKI, 10 iyul. TELEQRAF

“Neftçi” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.

Teleqraf xəbər verir ki, Bakı təmsilçisi Serbiyanın “Radniçki Niş” klubu ilə qarşılaşacaq.

Görüş saat 19:30-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" daha əvvəl Serbiya təmsilçisi "Partizan"a 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə uduzub.