BAKI, 10 iyul. TELEQRAF
Fransa millisinin sabiq futbolçusu Samir Nəsri narkotik ticarəti ilə bağlı istintaq çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən dindirilib.
Teleqraf xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Məlumata görə, Nəsri narkotik vasitələrin ölkəyə gətirilməsi, cinayət əlaqəsi və mütəşəkkil qrup tərəfindən həyata keçirilən qanunsuz narkotik dövriyyəsi ilə bağlı pulların yuyulması ittihamlarının araşdırıldığı iş üzrə 10 saat polis bölməsində sorğu-sual olunub.
Dindirilmədən sonra sabiq futbolçuya rəsmi ittiham irəli sürülmədən sərbəst buraxılıb.
39 yaşlı Samir Nəsri karyerası ərzində Fransanın “Marsel”, İngiltərənin “Arsenal”, “Mançester Siti” və “Vest Hem”, İspaniyanın “Sevilya”, Türkiyənin “Antalyaspor”, Belçikanın isə “Anderlext” klublarında çıxış edib.
O, iki dəfə İngiltərə çempionu olub, həmçinin İngiltərə Liqa Kubokunu və İngiltərə Superkubokunu qazanıb.