BAKI, 10 iyul. TELEQRAF

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatının 1/4 finalında Mərakeşlə oyunda ciddi zədə almadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "M6" telekanalı məlumat yayıb.

Fransa yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Mbappe 77-ci dəqiqədə əvəzlənib.

“Topuğuma zərbə dəydi, amma hər şey qaydasındadır”, - deyə futbolçu bildirib.

Qeyd edək ki, Fransa millisi yarımfinalda İspaniya - Belçika cütünün qalibi ilə qarşılaşacaq.