BAKI, 9 iyul. TELEQRAF
“Azarkeşlərə təşəkkür edirəm ki, stadionu tam doldurmuşdular. Sanki Çempionlar Liqasının oyunundaydılar. İlk oyundan başa düşdüm ki, biz çox məsuliyyətli olmalıyıq. Azarkeşlərin gözləntisi bizdən çoxdur. Bu, bizə əlavə motivasiya və məsuliyyət verdi”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda İslandiyanın “Vestri” klubunu məğlub etdikdən sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis oyunla bağlı fikirlərini belə şərh edib:
“Futbolçularımı da təbrik edirəm. Çətinliklər oldu. Sonda şülür, 3:0 hesabı ilə qalib gəldik. Cavab oyununa daha yaxşı hazırlaşmalıyıq. Sonda da 3:0 qalib gəldik. Çox yaxşı müdafiə olunan komanda idilər, bir-birini düzgün sığortalayırdılar. Bizi çox yaxşı analiz etmişdilər. Hesab göstərdi ki, cavab oyununda məsuliyyətli olmalıyıq. Bu oyunun bir az gərgin keçməsi xeyrimizə olacaq. "Sabah"ı və "Zirə"ni təbrik edirəm. Çox yaxşı qalibiyyət oldu. Ümumi əmsallar da çoxalır. Bu da ölkə reytinqi üçün çox vacibdir. Hər bir komandamıza da uğurlar arzulayıram".
Mütəxəssis transferlərlə bağlı da danışıb:
“Qapıçı mövqeyindən başqa bütün mövqelər üzrə transfer danışıqlarımız davam edir. Romao bildiyim qədərilə müqavilə bağlayıb.Yassin Benzia ilə bağlı hər hansı fikir olmamışdı”.
Qurbanov gənc futbolçu Əli Bəşirovla bağlı planlarından da söz açıb:
“İlk oyunlarda o qədər diqqətli olmalıyıq ki..Bəzi futbolçuların hazırlığını nəzərə almalıyıq, bəzi rotasiyalar etməliyik. Cavab oyununda hansı rotasiyalar edəcəyik, buna cavab verə bilməyəcəm. Beş hazırlıq günümüz olacaq, futbolçuların hazırlıq durumuna baxacağıq. Əli Bəşirova gəldikdə, hazırlığın ilk günündən bizimlədir. Maksimum şərait yaradacağıq ki, kollektivin içində tam olsun. İmkan olduqca, oynamağa şərait yaradacağıq. Qabiliyyətli, istedadlı oyunçudur. İndidən bu atmosferə uyğunlaşdırmağa çalışacağıq. Oynamasa belə, kollektivin içində olması, məsuliyyəti hiss etməsi, tapşırıqları görməsi onun üçün təcrübə olacaq. Futbolçu kimi inkişafına böyük kömək etməsinə kömək olacağıq. Hər bir gənc üçün maksimum şərait yaradırıq.
Onun üçün ən yaxşısını etməyə çalışacağıq. Onun gələcəyi üçün faydalı təklif olarsa, yaxşı komandadan gələrsə, klub kimi mane olmayacağıq. Bəlkə də burada qalmağı xeyirli olacaq. Hər bir hada gəncdir. Onun gələcəyi üçün ən yaxşısı nədirsə, onu edəcəyik. Mən komandanın rəhbəri deyiləm, baş məşqçisiyəm(gülür). İnanmıram ki, onda belə fikir olsun. Fərqli özünəxas xasiyyəti var, yaşam tərzi var. Gələcəyi üçün problem olacağını düşünmürəm. Ailəsində onunla ciddi ünsiyyət qururlar, klubda da onunla hamı öz övladı kimi davranır”.
Baş məşqçi yeni transfer Zakaria Savonun performansını belə dəyərləndirib:
“Hələ onun tam ideal forması deyil. Öz üzərində çox çalışmalıdır. Hansısa elementlərdə daha yaxşıdır, hansısa elementdə çatışmazlıq var. Duranın da özünəxas keyfiyyətləri var idi. Maksimum istifadə edirdik. O da olsaydı, pis olmazdı”.