BAKI, 9 iyul. TELEQRAF
“Qarabağ” fantastik oyun göstərdi. Oyundan əvvəl kimlərsə təxmin edirdilər ki, "Qarabağ" bizə 10 qol vuracaq. Amma yekunda 3 qol gördük. Nəticədən yox, qazanılan təcrübədən və oyunçularımın çıxışından razı qaldım”.
Teleqraf xəbər verir ki, bunu İslandiyanın “Vestri” klubunun baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis məğlubiyyəti belə şərh edib:
“Mənim üçün çətin oyun oldu. “Qarabağ” yaxşı çıxış etdi. Hər üç qolda futbolçularım səhvə yol verdi. Ümumilikdə oyunçularımın çıxışından razı qaldım.
Cavab oyununda topla keyfiyyəti və bəzi səhvləri aradan qaldırmalıyıq.
Əsas prioritetimiz liqadakı çıxışımızdır.