BAKI, 9 iyul. TELEQRAF
"Turan Tovuz" futbol klubunda yeni təyinat baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Həsən Zeynalov İdarə Heyətinin sədri Ehtiram Quliyevin birinci müavini təyin edilib.
Xatırladaq ki, Həsən Zeynalov ötən mövsüm Azərbaycan çempionu olan "Turan" Voleybol Klubunun prezidentidir.