BAKI, 9 iyul. TELEQRAF
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu komandasının 2026-cı il dünya çempionatından kənarlaşmasından sonra ilk paylaşımını edib.
Teleqraf xəbər verir ki, 41 yaşlı hücumçu sosial şəbəkə hesabında Portuqaliya millisinin şəklini paylaşaraq "Portuqaliya əbədi olaraq qalacaq" sözlərini yazıb.
Xatırladaq ki, Portuqaliya iyulun 6-da dünya çempionatının 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Qarşılaşmadan əvvəl Ronaldu bu mundialın futbolçu karyerasında sonuncu olacağını açıqlamışdı.