BAKI, 9 iyul. TELEQRAF
“Qarabağ” bu gün UEFA Avropa Liqasında mübarizəyə başlayır.
Teleqraf xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsinin ilk oyununda İslandiya təmsilçisi “Vestri” ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Cavab qarşılaşması iyulun 17-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, bu cütün qalibi mübarizəni Avropa Liqasının II təsnifat mərhələsində davam etdirəcək.